Xəbər lenti

Komitə sədri: Gürcüstan, Azərbaycan və Ermənistan birgə cazibə mərkəzi yaratmaq potensialına malikdir
Ölkə 22:51 21.11.2025

Komitə sədri: Gürcüstan, Azərbaycan və Ermənistan birgə cazibə mərkəzi yaratmaq potensialına malikdir

Gürcüstan, Azərbaycan və Ermənistan birlikdə uğurlu kiçik cazibə mərkəzi yaratmaq potensialına malikdir.

APA xəbər verir ki, bunu Gürcüstan parlamentinin İqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili Tbilisidə keçirilən İqtisadi Forumda çıxışı zamanı deyib.

O, Gürcüstanın maliyyə sisteminin sabit olduğunu qeyd edib.

"Gürcüstanın maliyyə sektoru dayanıqlı və dinamik şəkildə inkişaf edir. Gürcüstan Bankının Ermənistanda əhəmiyyətli bank aktivi əldə etməsi mühüm addım olub. Bu o deməkdir ki, bizim maliyyə sistemimiz stabildir, ona etibar edilir və regionda müəyyən cəlbedici mərkəzə çevrilir”, - Berekaşvili əlavə edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->