Xəbər lenti

Texnologiya 17:20 21.11.2025

"Grok" İlon Maskı İsa peyğəmbərdən və da Vinçidən də üstün sayır

İlon Maskın şirkətinə məxsus olan süni intellekt sistemi "Grok" platforması X-in istifadəçiləri tərəfindən qeydə alınan cavablarında sahibini bütün kateqoriyalarda birinci yerə qoyub - istər idman, istər intellekt, istərsə də ilahi mövzularda.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

İstifadəçilərin məlumatına görə, çat-bot Maskın basketbol əfsanəsi Lebron Ceymsdən fiziki cəhətdən üstün olduğunu iddia edib. "Grok" həmçinin Maskın keçmiş dünya boks çempionu Mayk Taysonu məğlub edə biləcəyini bildirib.

"Grok"un fikrincə, Mask müxtəlif sahələrdə inqilabi yenilikləri sayəsində Da Vinçi və Nyuton kimi dahilərlə rəqabət apararaq tarixin ən ağıllı on insanı arasında yer alır.

Süni intellekt bununla da kifayətlənməyib: çat-bot Maskı məşhur stendap-çı Cerri Sainfelddən daha gülməli adlandırıb və onun "İsadan daha tez diriləcəyini" belə iddia edib.

Bir müddət sonra bu cavablar sistemdən silinib. İlon Mask isə paylaşımında bildirib ki, çat-bot ona yönəldilən təxribatın təsiri ilə özünü absurd dərəcədə müsbət şəkildə təqdim edən cavablar verib.

19 noyabrda ABŞ-ın vitse-prezidenti Cey Di Vens İlon Maskın hazırladığı süni intellekti siyasi qərəzdə ittiham edib. O, X-da "Grok"un iki versiyasının "Donald Tramp faşistdirmi?" sualına verdiyi cavabları belə şərh edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->