Xəbər lenti

Azərbaycanlı dostların Bali əməliyyatı: 19 min dollarlıq qarət
Dünya 11:33 28.07.2025

Azərbaycanlı dostların Bali əməliyyatı: 19 min dollarlıq qarət

İndoneziyanın Bali adasında yerləşən Kuta şəhərində baş verən qarət hadisəsinə görə bir nəfər saxlanılıb.

Qaynarinfo xəbər verir ki, Operativ Media-nın məlumatına görə, Kuta Polis Bölməsinin apardığı istintaqa əsasən, qarətdə şübhəli bilinən şəxs 35 yaşlı Azərbaycan vətəndaşıdır.

İstintaq nəticəsində müəyyən olunub ki, şübhəli hadisəni təkbaşına törətməyib. O, hazırda axtarışda olan dostu ilə birlikdə bu cinayəti törədib.

"Şübhəlilər əvvəlcə zərərçəkəni boğaraq və zərərsizləşdirərək hərəkətsiz hala salıblar. Daha sonra masanın üzərində olan təxminən 19.000 ABŞ dolları məbləğində pulu götürərək hadisə yerindən qaçıblar”.

Polisin bildirdiyinə görə, şübhəli şəxslər bu əməli gündəlik ehtiyaclarını qarşılamaq üçün törədiblər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->