ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp onu nadir hallarda ictimai tədbirlərdə müşayiət edir.
Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın "El Periodico" qəzeti anonim mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, iyulun 4-də Müstəqillik Günü tədbirində göründükdən sonra Melaniya Tramp demək olar heç vaxt rəsmi tədbirlərə qatılmayıb. Mənbələrə görə, o, əsasən Floridadakı Mar-a-Laqo iqamətgahında və ya Nyu-Yorkdakı mənzillərindədir.
"El Periodico" iddia edir ki, son bir il ərzində Melaniya Tramp öz rəsmi vəzifəsində cəmi 14 dəfə tədbirlərə qatılıb. Nəşr vurğulayır ki, ekspertlər bunu birinci xanım kimi vəzifələrini yerinə yetirməməsi kimi qiymətləndirirlər.
Aydın
Şərhlər