Xəbər lenti

İdman 19:43 15.07.2025

"Neftçi" daha bir futbolçunun transferini açıqladı

"Neftçi” daha bir futbolçunu heyətinə qatıb.

Klubdan Qaynarinfo-ya verilən məlumata görə, "ağ-qaralar" ekvadorlu Cordan Rezabala ilə anlaşıb.

25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Ekvadorun "İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika çempionatında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək "Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->