Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 3,41 milyon ABŞ dolları dəyərində 2 525 ton sarımsaq gətirilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,4 dəfə, kəmiyyət olaraq – 4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycana Çindən 1,27 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 dəfə çox) 380,5 ton (+7 dəfə), İrandan 1,15 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 80,9 ton (+3 dəfə), Qırğızıstandan 514,2 min ABŞ dolları dəyərində 338 ton, Qazaxıstandan 263,4 min ABŞ dolları dəyərində (+7,7 dəfə) 172 ton (+8 dəfə), Misirdən 149,5 min ABŞ dolları dəyərində (+44 %) 115 ton (+44 %) məhsul idxal edilib.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Pakistandan (31 min ABŞ dolları dəyərində 24 ton) və Qırğızıstandan tədarük həyata keçirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 978 ton sarımsağın 44,4 %-i Çinin, 37 %-i İranın payına düşüb.
Şərhlər