Xəbər lenti

Putin sülh yox, Ukraynanı istəyir: WSJ onu təslim olmağa məcbur edə biləcək tək yolu açıqladı
Dünya 16:00 04.12.2025

Putin sülh yox, Ukraynanı istəyir: WSJ onu təslim olmağa məcbur edə biləcək tək yolu açıqladı

ABŞ prezidenti Donald Trampın nümayəndələrinin növbəti Moskva səfəri Vladimir Putinin Ukrayna ilə müharibənin dayandırılması barədə növbəti planı yenidən rədd etməsi ilə nəticələnib. 

Qaynarinfo "The Wall Street Journal”a istinadla yazır ki, buradan açıq və aydın nəticə çıxır: Putin sülh istəmir — o, Ukraynanı istəyir.

Kreml rəsmiləri Stiv Uitkoff və Cared Kuşnerlə beş saat davam edən danışıqları "konstruktiv” adlandırsalar da, "müharibənin köklü səbəblərinin” hələ də aradan qaldırılmadığını bildiriblər — yəni Ukrayna hələ də Rusiyanın nəzarətindən kənardadır.

Rusiya bütün Donbası udmaq və Ukraynanı gələcəkdə onu müdafiə edə biləcək müttəfiqlərdən məhrum etmək istəyir. Eyni zamanda, Putin danışıqlar görüntüsü yaratmaq niyyətindədir və Uitkofla görüşlər ona bu görüntünü qorumağa, paralel şəkildə isə Tramp ilə Avropa arasında nifaq salmağa kömək edir. Moskva həmçinin dünyanı müharibədə qalib gəldiyinə inandırmağa çalışır, lakin hərbi ekspertlər hesab edirlər ki, Ukraynanın məğlubiyyəti nə qaçılmaz, nə də qarşısıalınmazdır.

"Ukraynalı korpus komandirləri ilə birlikdə olanda və əməliyyatları müşahidə edəndə inanmıram ki, onlar bu müharibəni yer üzündə təkbaşına uduzsunlar”, — deyə ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr–admira¬lı Mark Montqomeri bildirib.

WSJ-nin vurğuladığı kimi, Putin üstünlüyə sahib olduğunu düşündüyü müddətdə ciddi danışıqlara getməyəcək. ABŞ siyasətində dönüş lazımdır — Putinin dondurulmuş aktivlərinin müsadirəsi, Çinə də şamil olunan daha sərt sanksiyalar və Ukraynaya uzaqmənzilli raketlərin və digər silahların verilməsi.

"Lakin Tramp administrasiyası hələ də Putinin motivlərinə dair hadisələrlə ziddiyyət təşkil edən bir fikrə ilişib qalıb: guya Ukrayna, Rusiya və ABŞ arasında ticarət və mədəni əlaqələr müharibəyə qarşı sığorta ola bilər”, — deyə nəşr yazır.

Putin "India Today”ə müsahibəsində Donbası və guya "Novorossiyanı” "hərbi və ya başqa yolla” "azad etməyə” hazır olduğunu bildirib.

O həmçinin iddia edib ki, guya Ukraynaya Donbasdan qoşunları çıxarmağı və hərbi əməliyyatlara başlamamağı təklif edib, "amma Kiyev döyüşməyi üstün tutub”.
Öz növbəsində Donald Tramp bildirib ki, Putin guya Ukraynaya qarşı müharibəni dayandırmaq istəyir. Trampın dediyinə görə, Uitkoff və Kuşnerdə belə bir təəssürat yaranıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->