Xəbər lenti

“ADY Ekspress”in keçmiş direktoru yenidən şirkətin rəhbərliyinə gətirildi
Ölkə 11:06 24.03.2025

“ADY Ekspress”in keçmiş direktoru yenidən şirkətin rəhbərliyinə gətirildi

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "ADY Ekspress" MMC-nin direktoru Əkbər Mədətli vəzifəsindən azad edilib.

Report xəbər verir ki, şirkətə rəhbərlik Azad Qasımova həvalə olunub.

O, bundan əvvəl də - 2022-ci ilin noyabr ayına qədər "ADY Ekspress"ə rəhbərlik edib.

Xatırladaq ki, "ADY Ekspress" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 912 464 manatdır. Şirkət dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->