Xəbər lenti

ABŞ daxili təhlükəsizlik naziri təhdidlər səbəbindən hərbi bazaya köçürüldü
Dünya 18:06 19.08.2025

ABŞ daxili təhlükəsizlik naziri təhdidlər səbəbindən hərbi bazaya köçürüldü

ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem təhlükəsizlik səbəblərinə görə Vaşinqtondakı hərbi bazaya müvəqqəti köçürülüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" telekanalına açıqlama verib.

Nazirin sözlərinə görə, KİV onun yaşayış ünvanını, mənzilinin planını və hətta pəncərələrinin istiqamətini dərc etdikdən sonra ciddi təhdidlər almağa başlayıb:

"Mən hələ də mənzilimin kirayəsini ödəyirəm, lakin orada qala bilmirəm. Çünki jurnalistlər ünvanımı və yerləşmə detallarını yayıblar".

O, medianın addımını "ehtiyatsız, düşünülməmiş və ürəksiz" adlandırıb. 

Xatırladaq ki, aprelin 30-da "Daily Mail" onun Vaşinqtonun cənub-şərqindəki mənzilinə aid fotoşəkilləri və icarə məbləği barədə məlumat dərc etmişdi.

"The Washington Post"un məlumatına görə, hazırda Noem dövlət hesabına ABŞ sahil mühafizəsinin komandanının Anakoştiya-Bollinq birləşdirilmiş hərbi bazasındakı rezidensiyasında qalır.

Bundan əvvəl, iyunun 17-də Kristi Noem allergik reaksiyaya görə təcili xəstəxanaya yerləşdirilmişdi. ABŞ daxili təhlükəsizlik nazirliyi bildirib ki, təcili yardım maşını onu ehtiyat tədbiri olaraq Vaşinqtondakı klinikaya çatdırıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->