Xəbər lenti

7 nəfərdə mobil telefon, 2 nəfərdə
Ölkə 14:20 25.05.2025

7 nəfərdə mobil telefon, 2 nəfərdə "ağıllı" saat aşkarlandı

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Bu barədə Qaynarinfo-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə "ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, başqasının yerinə imtahana gəlmə halı da aşkar edilib.

Bu faktla bağlı xüsusi araşdırma aparılacaq və həm imtahanda iştirak etməli olan şəxs, eyni zamanda onun yerinə imtahana gələn şəxslə bağlı lazımı tədbirlər görüləcək. Xatırladaq ki, qayda pozuntularına yol verənlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->