Rəsmi İrəvanın özünü daha üçtərəfli razılaşmaların bir hissəsi hesab etmədiyini dediyini eşitməmişəm.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli razılaşmalardan çıxmayıb: "Mən, rəsmi İrəvanın özünü daha üçtərəfli razılaşmaların bir hissəsi hesab etmədiyini dediyini eşitməmişəm. Buna müvafiq olaraq, əgər həmin sənədlərin aktual olmadığı bəyan edilməyibsə, müvafiq olaraq imzalanmış bəyanatlardan çıxılmayıbsa, imzanı geri götürməsi baş verməyibsə, o zaman ölkə rəhbərinin imzaladığının (sənədin, bəyanatın-red) bir hissəsidir”, - Zaxaraova vurğulayıb.
Şərhlər