Xəbər lenti

İranda səfirlikdə şəhid olan Orxan Əsgərovun atası: Hökmün icrasında iştirak etmək istəyirəm (VİDEO)
Video 22:30 23.01.2025

İranda səfirlikdə şəhid olan Orxan Əsgərovun atası: Hökmün icrasında iştirak etmək istəyirəm (VİDEO)

İranda terror hücumu zamanı şəhid olar səfirlik əməkdaşının ailəsinə təzminat təklif olunubmuş.


Bunu APA TV-yə müsahibəsində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olmuş Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.


Rizvan Əsgərov bildirib ki, onlar bu qərarı 2 ildir gözləyirlər:

 

"İl yarım əvvəl İrandan gəlmiş nümayəndələr bizə bildirdilər ki, İrandakı şəriət qanunları ilə terrorçuya edam hökmü və ya təzminat tələb edə bilərik. Biz, əlbəttə, təzminatla razılaşmadıq. Tələbimiz terrorçunun cəzalandırılması oldu".


Rizvan Əsgərov hökmün icrasını müşahidə etmək istədiyini də deyib: "Onun gözlərinə baxmaq istəyirəm".


Qeyd edək ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinin binasına terror hücumu olub. Hücum zamanı səfirliyin əməkdaşı Orxan Əsgərov terrorçunu binadan uzaqlaşdırmaqla, səfirlik binasındakı əməkdaşları və onların ailə üzvlərini xilas edib. Özü isə aldığı güllə yarasından şəhid olub.


Dünən İran məhkəməsi səfirliyə terror hücumu edən şəxs barəsində edam hökmünü təsdiq edib.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->