Xəbər lenti

Yevlaxdakı yanğında yaralanan şəhidin qardaşı da öldü
Ölkə 09:09 07.12.2025

Yevlaxdakı yanğında yaralanan şəhidin qardaşı da öldü

Ötən gün Yevlaxda baş verən yanğın hadisəsində dünyasını dəyişən qadının xəsarət alan oğlu da xəstəxanada vəfat edib.

"Qafqazinfo” xəbər verir ki, yaralananlar arasında olan 58 yaşlı Mehdiyev Kamran Mayıl oğlu həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Qeyd edək ki, hadisə nəticəsində həyatını itirənlərin sayı iki nəfərə çatıb.

Xatırladaq ki, yanğın zamanı ölən Nərgiz Savalan qızı Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->