Yelo Bank
komandası ölkəmizin ekoloji mühitini qorumaq və yaşıllıq sahələrini
genişləndirmək məqsədilə növbəti ağacəkmə aksiyasında iştirak edib. Sözügedən
ekoloji layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası
Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə əməkdaşlığı,
həmçinin imzalanmış 10 illik strateji memorandum çərçivəsində reallaşdırılır.
Böyük maraqla qarşılanan bu təşəbbüsün əsas hədəfi ölkə üzrə 1 000 000 ağac
əkməklə ekoloji tarazlığın bərpasına nail olmaqdır.
Aksiya zamanı
Yelo Bank əməkdaşları Eldar şamı və zeytun ağacları əkərək prosesdə birbaşa və
həvəslə iştirak ediblər. Yelo Bank özünün korporativ sosial məsuliyyət (KSM)
strategiyasına sadiq qalaraq, ekoloji davamlılığı və ətraf mühitə qayğını hər
zaman diqqət mərkəzində saxlayır. Bank təbiəti qorumağa yönəlmiş bu cür
layihələrdə iştirakını gələcəkdə də davam etdirməyi hədəfləyir.
Sərfəli şərtlərlə tecili
kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və
yaFacebook,Instagram,Whatsappvəyelo.azhesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər