Xəbər lenti

Medina
İdman 11:05 28.04.2026

Medina "Qarabağ"da 200-ə çatdı

Kevin Medina "Qarabağ"ın heyətində 200-cü oyununu keçirib.

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XXIX turunun "Neftçi" ilə görüşünə (5:1) təsadüf edib.

O, 200 matçda 6 qola imza atıb.

Bu, K.Medinanın çempionatda 117-ci (3 qol) oyunu olub. O, avrokuboklarda 69 (3 qol), ölkə kubokunda 14 dəfə meydana çıxıb.

Qeyd edək ki, cənubi amerikalı futbolçu 2020-ci ilin yayından "Qarabağ"da forma geyinir.
--> -->