Xəbər lenti

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu
İdman 10:39 28.04.2026

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Misli Premyer Liqasının XXIX turunun "Turan Tovuz"la səfər oyununda (1:1) vurulan qol "Zirə"nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı legioner turnirdə 60-cı dəfə fərqlənib.

O, buna 198-ci oyununda nail olub. Davit bu qolları üç komandanın heyətində vurub.

Azərbaycan çempionatında 2018/2019 mövsümündə debüt edən Volkov ölkəmizdəki ilk klubu "Qəbələ"də 7 (27 oyunda), "Sabah"da 16 (63 oyunda) qola sevinib. O, "Zirə"də 37 dəfə (108 oyunda) fərqlənib.

Qeyd edək ki, Volkov turnirin tarixində 60 və ya daha çox qol vuran 31-ci futbolçudur.
--> -->