Xəbər lenti

Yaponiyada qar fəlakəti: Ölənlərin sayı 35-ə çatır
Dünya 12:22 04.02.2026

Yaponiyada qar fəlakəti: Ölənlərin sayı 35-ə çatır

Yaponiyada yanvarın 20-dən bəri davam edən şiddətli qar ə dondurucu soyuqlar ölkədə həyatı iflic edib.
 
Qaynarinfo Yaponiya Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyinin (FDMA) son hesabatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 35-ə, yaralıların sayı isə 358-ə çatıb.

Məlumata görə, ən çox ölüm Niigata prefekturasında (12 nəfər) qeydə alınıb. 

Xəsarət alan 358 nəfərdən 126-nın vəziyyətinin ağır olduğu bildirilir. Ölümlərin əksəriyyətinin damlarda toplanan qarı təmizləyərkən yıxılma nəticəsində baş verdiyi qeyd edilir.

Ölkənin bir çox yerində qar örtüyünün hündürlüyü 2 metri keçib. Xüsusilə Aomori prefekturasının bəzi kəndlərində qar qalınlığı rekord həddə – 4.5 metrə çataraq həyatı tamamilə iflic edib.
 
Günay
--> -->