Ukraynanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) döyüşçüləri Kursk vilayətində KXDR ordusunun hərbçilərinin məhv edilməsi əməliyyatının videosunu dərc edib. Üç gün ərzində Ukrayna qüvvələri Rusiya tərəfində döyüşən 50 Şimali koreyalı hərbçini məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin XTQ komandanlığı (Facebook) məlumat
yayıb.
"Knyaz İziaslav Mstislavoviç adına XTQ 8-ci xüsusi təyinatlı polkunun əsgərləri Kursk vilayətində Şimali Koreya hərbçilərinə isti qarşılanma təşkil edib. Üç gün ərzində XTQ operatorları 50 düşmən əsgərini məhv edib və 47 nəfəri yaralayıb".
Həmçinin qeyd olunur ki, bu müddətdə XTQ əsgərləri iki zirehli texnikanı, iki avtomobili və bir düşmən kvadrosiklini məhv edib. Döyüşlər hələ də davam edir.
Bundan əlavə, Ukrayna hərbçiləri Kurksk vilayətindəki son hücumlar nəticəsində məhv edilmiş Rusiya və Şimali Koreya hərbçilərinin foto və videolarını paylaşıb.
Dekabrın 15-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKI) məlumat verib ki, KXDR əsgərləri "dost atəşi" açaraq səkkiz "kadırovçunu" (Çeçen xüsusi təyinatlıları) məhv edib.
Bazar ertəsi günü BKI bildirib ki, 14-15 dekabr 2024-cü il tarixlərində Kursk vilayətindəki Plexovo, Vorobja və Martınovka kəndləri yaxınlığında Şimali Koreya bölmələri ciddi itki verib – ən azı 30 əsgər öldürülüb və yaralanıb.
Prezident Volodimir Zelenski qeyd edib ki, Rusiya ordusu böyük ehtimalla KXDR döyüşçülərinin itkilərini gizlətməyə çalışır.
Alpər
Şərhlər