"Barselona"nın baş məşqçisi Xavi Hernandes iki jurnalisti məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, mütəxəssis Manuel Yabois və Xavyer Mikel adlı media nümayəndələrini son həftələrdə yazdıqları bəzi məlumatlara görə məhkəməyə verib.
Bu barədə həmin jurnalistlərdən biri, Yabois açıqlamasında bildirib. "El Pais"in əməkdaşı Xavinin onun bəzi yazılarını tənqid etdiyi və məhkəməyə verdiyini bildirib. O, Xavinin bunu şəxsi mesajlar vasitəsi ilə və çirkin şəkildə etdiyini deyib. Məşqçinin adını deməsə də, jurnalist açıqlamasında, "O, hər şeyi qazandı və buna görə toxunulmaz olduğunu düşündü" - sözlərini söyləyib.
Ancaq yaxın ətrafı Xavinin jurnalistlə heç vaxt əlaqə saxlamadığını bildirib. Yabois isə Xavinin bunu birbaşa deyil, üçüncü şəxslər vasitəsilə etdiyini söyləyib.
Xavinin digər jurnalist, "El Larguero"nun əməkdaşı Xavier Mikeldən də şikayət etdiyi bildirilir.
Səbuhi Həsənov
Şərhlər