İspaniya Ukraynada sülhməramlı kimi istifadə etmək üçün qoşun göndərməyəcək.
Qaynarinfo xəbər verir ki, bunu Krallığın baş naziri Pedro Sançes Avropa İttifaqının (Aİ) sammitinin yekunlarına görə bildirib.
"Biz ispan qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsini düşünmürük", deyə Sançes bildirib.
O xatırladıb ki, İspaniya və Ukrayna cəmi bir neçə ay əvvəl ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar.
Bir gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronla xarici qoşunların Ukraynada yerləşdirilməsinə dair Paris təşəbbüsünü müzakirə edib.
Ukrayna lideri görüşü məhsuldar adlandırıb və həmçinin Fransa liderinə bildirib ki, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək əsas vəzifə olaraq qalır. Zelenski və Makron həmçinin Ukrayna Silahlı Qüvvələrinin 155-ci briqadasının əvvəllər təlim keçdiyi Fransada Ukrayna hərbçilərinin daha bir briqadasına təlim keçmək barədə razılığa gəliblər.
Aydın
Şərhlər