"Barselona"nın baş məşqçisi Xavi mövsümün əvvəlindən Kataloniya klubundan ayrılmağı düşündüyünü bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Marca" yazıb.
"Mən bu qərarı çoxdan vermişəm. Bu hiss mövsümün əvvəlindən var. İçimdə elə bir hiss var ki, nə edirsən et, qiymətləndirilmir. Söhbət təzyiqə tab gətirməkdən getmir. Ən çətin anlardan birinə gəldik. Düşünmürəm ki, bizim əməyimiz heç vaxt qiymətləndirilməyəcək", deyə məşqçi bildirib.
Yanvarın 27-də İspaniya çempionatının 22-ci turunun matçında "Barselona" doğma meydanda "Vilyarreal"a uduzub (3:5). Oyundan sonra Xavi mövsümün sonunda baş məşqçi postunu tərk edəcəyini açıqlayıb.
Cari La Liqa mövsümündə "Barsa" 44 xal toplayıb və turnir cədvəlində 3-cü yerdədir və lider "Jirona"dan 11, 2-ci pillədəki "Real Madrid"dən 10 xal geri qalıb.
Aydın
Şərhlər