Xalq artisti Teyyub Aslanov oğluna iki dəfə toy etməsinin səbəbini açıqlayıb.
Müğənni "Qonaqcanlı" proqramında ilk toyun avqustda keçirildiyini deyib. O bildirib ki, ikinci məclisi 10 gün sonraya planlaşdırsalar da, sonradan təxirə salmalı olublar:
"Avqustda oldu. Bu qədər ara verməyi istəmirdik. Amma bizdən asılı olmayan səbəblərə görə, belə alındı. Əslində ikinci toy 10 gün sonra olacaqdı. Amma təmir işimiz uzandı. Bir də qonaqlarımızın sayı çox oldu".
Qeyd edək ki, T.Aslanovun oğlu Nicat Qumru adlı xanımla ailə qurub.//Axşam.az
Şərhlər