Şavarş Karapetyan həm sovet dövrünün, həm də müasir Ermənistanın ən böyük "qəhrəmanlarından” biri hesab edilir. Lakin bu günə qədər onun barəsində aparılan təbliğat, şişirdilmiş rəqəmlər və bir sıra qaranlıq məqamlar hələ də müzakirə mövzusudur. Doğrudanmı bu şəxs qəhrəmandır, yoxsa saxta və uydurulmuş bir obrazdır?
Gəlin onun "qəhrəman” elan edilməsi ilə bağlı yayılan məlumatlara nəzər salaq.
İddia olunur ki, 16 sentyabr 1976-cı ildə Karapetyan İrəvanda məşq edərkən bir trolleybusun su bəndinə aşdığının şahidi olub. O, dərhal təxminən 10 metr dərinliyə dalaraq trolleybusun pəncərəsini ayağı ilə sındırıb və hər dəfə bir nəfəri suyun üzərinə çıxararaq 20 nəfərin həyatını xilas edib. Bu hadisə zamanı bədəninə daxil olan şüşə qırıntıları və çirkli su səbəbindən ağır sepsis (qan zəhərlənməsi) və ikitərəfli sətəlcəm keçirib, nəticədə peşəkar idman karyerasına son qoymalı olub.
İndi isə iddia olunan faktlara dair tənqidi yanaşmanı təqdim edək.
Birinci iddia: 20 nəfərin xilas edilməsi
Bu günə qədər onun barəsində uydurulan rəvayətlərə görə, guya o, 20 nəfəri xilas edib. Lakin hadisə yerində olmuş bəzi şahidlərin ifadələri və arxiv sənədləri göstərir ki, sudan çıxarılanların bir qismi artıq boğulmuş və ya huşsuz vəziyyətdə olub. Tibbi rəsmi hesabatlarda neçə nəfərin məhz Şavarş Karapetyanın müdaxiləsi nəticəsində sağ qaldığına dair konkret və şəffaf məlumatlar sovet senzurası tərəfindən gizlədilib və ya şişirdilib.
Rəsmi məlumatlara əsasən, trolleybusda 92 nəfər olub. Bu rəqəm nəqliyyat vasitəsinin tutumundan xeyli artıqdır. Hadisənin pik saatda baş verdiyini nəzərə alsaq, bu ehtimal oluna bilər. Sənədlərə görə, Şavarş Karapetyan sudan 46 nəfəri çıxarıb. Onlardan yalnız 20-nin sağ qaldığı bildirilir.
Burada ciddi sual doğuran məqam ondan ibarətdir ki, əgər Şavarş Karapetyan peşəkar dalğıc idisə, sudan çıxardığı şəxslərin sağ olub-olmadığını hiss etməli idi. Şahid ifadələrində, ilkin tibbi analizlərdə və dövrün milis qeydiyyat sənədlərində qeyd olunur ki, o, əslində artıq boğulmuş insanların cəsədlərini çıxarıb və sovet təbliğatı bu prosesi "xilasetmə” kimi təqdim edib.
İkinci iddia: trolleybusun pəncərəsinin sındırılması
Bu sahədə elmi yanaşma göstərir ki, təxminən 10 metr dərinlikdə, suyun təzyiqi altında trolleybusun qalın şüşəsini ayaqla sındırmaq texniki baxımdan son dərəcə çətindir. Təxminən 2 atmosfer təzyiq altında bu cür bir hərəkətin baş verməsi həm fiziki, həm də bioloji baxımdan insan imkanlarının həddində olan hadisədir.
Hadisə zamanı suyun çox çirkli və lil ilə dolu olduğu, görünüşün demək olar ki, sıfıra bərabər olduğu bildirilir. Əgər trolleybusun içi tamamilə hava ilə dolu qalsaydı, xarici təzyiq şüşəni içəri sıxar və onu sındırmaq nisbətən asan olardı. Lakin nəqliyyat vasitəsi su ilə dolmağa başladıqda daxili və xarici təzyiq bərabərləşir. Bu vəziyyətdə şüşəni sındırmaq insanın fiziki gücü çərçivəsində real hesab edilmir. Həmin dövrdə sovet trolleybuslarında istifadə olunan "stalinit” şüşələrinin zərbəyə davamlı olması mütəxəssislər tərəfindən təsdiqlənir.
Şavarş Karapetyan sonrakı müsahibələrində hər bir insanı xilas etmək üçün təxminən 30–40 saniyə vaxt sərf etdiyini və bu prosesi 20-dən çox dalışla təkrarladığını bildirib.
Gəlin baxaq görək bu sahə üzrə mütəxisslər nə deyir:
"Təzyiqin yüksək olduğu yerə fasiləsiz olaraq 40 dəfə dalmaq, hər dəfə ağır bir insan bədənini yuxarı qaldırmaq və şüşəni qırmaq insan bədəninin fiziki hüdudlarından kənardır. Hətta dünya çempionu üçün belə bu, qeyri-mümkün bir iş sayılır".
Və burda daha bir ciddi sual yaranır: İllər keçməsinə baxmayaraq, o 20 nəfərdən çox az hissəsi (cəmi 1-2 nəfər) mediaya çıxıb Şavarşa təşəkkür edib. Bəs qalan 18 nəfər hardadır? Niyə susurlar?
Şübhəsiz ki, Şavarş Karapetyan o gün gölə tullanıb və kömək etməyə cəhd edib. Lakin bu qədər şişirtmə, yalan, saxta məlumatlar yaymaq ermənilərin köhnə peşəsi olduğu üçün beləcə "saxta qəhrəman” yaradılıb.
Prof. Dr. Zaur Əliyev
Şərhlər