Xalq artisti Afaq Bəşirqızı "Şən gənc" layihəsinin münsif heyətindən çıxıb.
Aktrisa Qaynarinfo-ya açıqlamasında bunun səhhəti ilə əlaqədar olduğunu bildirib:
"Həmçinin bibim qızı rəhmətə gedib. Ona görə bu günlərdə başım çox qarışıqdır".
"Şən gənc" layihəsində münsif heyətində Afaq Bəşirqızını Əməkdar artist Kübra Əliyeva əvəz edəcək. Kübra Əliyeva açıqlamasında şou adamı olmadığını və belə məsələlərlə bağlı onu narahat etməməyimizi vurğulayıb:
"Dəvət gəldi, razılaşdım. Mən ciddi aktrisayam, qalmaqaldan da uzaq adamam. Gedin qalmaqalı başqa yerdə axtarın".
Qeyd edək ki, Afaq Bəşirqızı "Şən gənc” layihəsinin münsif heyətindən uzaqlaşıb. Onun yerinə proqrama Əməkdar artist Kubra Əliyeva gəlib. Aktrisa Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovla birlikdə münsif kürsüsündə oturacaq.
Bahar Rüstəmli
Şərhlər