Xəbər lenti

FHN-nin bu qurumu 471 min  manatlıq avtomobil alır
Ölkə 16:08 22.04.2026

FHN-nin bu qurumu 471 min manatlıq avtomobil alır

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti "Auto Azərbaycan” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə minik avtomobillərinin satin alınması nəzərdə tutulur. 

Müqavilənin maliyyə dəyəri 471 400 manatdır. 

Qurum bu məbləğə 7 ədəd sedan tipli minik avtomobili almağı planlaşdırır. Bu halda 1 ədəd avtomobilin qiyməti orta hesabla 67 342 manata düşür. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Auto Azərbaycan” MMC 9 iyul 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 17 352 742 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 118-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğludur. 

"Auto Azərbaycan” şirkəti Azərbaycanda "Hyundai" avtomobil markasının rəsmi eksklüziv distribütorudur.

Seyid
--> -->