Xəbər lenti

Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
Maqazin 12:05 16.04.2026

Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?

Müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalının toy məclisinə 700 nəfər dəvət olunub.

Bu barədə Qaynarinfo-ya açıqlamasında sənətçi özü deyib. Müğənni bildirib ki, yaxın qohumlardan uşaqla gələnləri də hesablayanda toyda təxminən 1000-ə yaxın qonaq olacaq:

"Şahmalının toyu ad gününə salınıb. Oğlumun 28 yaşı olacaq. İllərdir ki, toy-nişan mərasimlərinə gedirəm, hamıya yarımışam. Toyun xərc-borc məsələsi marağımda deyil. İlk övladımın toyudur. Bir ata kimi hər kəsin əylənməsi və şənlikdən razı getməsi üçün əlimdən gələni edəcəyik".

"Gəlinə nə hədiyyə edəcəksiz" sualına Tacir Şahmalıoğlunun cavabı belə olub:

"Nə hədiyyə? Gəlinə o boyda oğlan hədiyyə olunub. Ağlı-kəmalı, qazancı da yerində. Bundan böyük hədiyyə olar? Daha neyləməliyik? Gəlinimdən çox razıyam, tayı-bərabəri yoxdur. Yaxşı da ailədəndir. Allahdan arzu edirəm ki, hamıya belə gəlin nəsib olsun".

Tacir Şahmalıoğlu oğlu üçün ayrı mənzil də aldığını xatırladıb.

Bahar Rüstəmli

--> -->