Xəbər lenti

Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirdi (FOTO/VİDEO)
Video 13:16 01.11.2025

Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirdi (FOTO/VİDEO)

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 31-də və noyabrın 1-də Kürdəmir Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, nazir əvvəlcə Kürdəmir rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra rayon polis şöbəsində Kürdəmir, Ucar, Hacıqabul, Göyçay, Ağdaş, Ağsu, Şirvan və digər bölgələrdən gələn 315 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə ciddi tapşırıqlar verib.

Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Vətən müharibəsinin 14 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 163 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->