Xəbər lenti

Valyuta.az-ın 5 yaşı tamam olur
Ölkə 09:42 17.02.2026

Valyuta.az-ın 5 yaşı tamam olur

Bu gün Valyuta.az xəbər portalının fəaliyyətə başlamasından 5 il ötür.

Valyuta.az 2021-ci il 17 fevral tarixində təsis olunub və iqtisadiyyat, maliyyə sahəsində operativ, dəqiq və müstəqil informasiya mənbəyi kimi fəaliyyət göstərir.

Portalın əsas məqsədi oxucuları maliyyə bazarlarındakı dəyişikliklər, bank sektorundakı yeniliklər, iqtisadi proseslər və qlobal bazarlarda baş verən hadisələr barədə operativ məlumatlarla təmin etməkdir.

Saytda gündəlik xəbərlərlə yanaşı, iqtisadi təhlillər, müsahibələr, araşdırmalar və ekspert rəyləri dərc olunur. Bundan əlavə, rus dili bölməsi də oxuculara paralel şəkildə xidmət göstərir.

Valyuta.az ötən dövrdə ölkədə istinad edilən və etimad qazanan iqtisadi informasiya portallarından biri olmağı bacarıb. Hər gün minlərlə oxucu Azərbaycan və dünya iqtisadiyyatı ilə bağlı yenilikləri izləmək üçün Valyuta.az-ı ziyarət edir.
 
Saytın baş redaktoru Aygün Asimqızıdır (Əhmədova).

Qaynarinfo-nun kollektivi Valyuta.az-dakı həmkarlarını təbrik edir, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayır.
--> -->