Baldızına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Masallı Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan K. Hüseynova 2 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Onun üzərində olan 800 manatlıq cərimə cəzası hazırkı cəza ilə toplanıb və üzərində qəti olaraq 2 il 2 ay müddətinə azadlıqdan məhrumetmə və 800 manat məbləğində cərimə cəzası saxlanılıb.
İş materiallarından məlum olur ki, K. Hüseynov baldızına nəvəsinin görmə məhdudiyyətli olduğunu əsas gətirərək, onun dövlət hesabına mənzillə təmin olunmasına köməklik göstərəcəyini bildirib. Bunun müqabilində baldızından 15 000 manat pul alıb. Lakin o, verdiyi vədi yerinə yetirməyib.
Qarşı tərəfin şikayətindən sonra K. Hüseynov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
Seyid
Şərhlər