Keçid balının formalaşması müsabiqə yekunlaşanda bilinir və bunun üçün bir sıra parametrlər var.
Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elekron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə bildirib ki, bəzən abituriyentlər və valideynləri müsabiqə şərtləri ilə keçid balını qarışıq salırlar. İxtisas seçimi üçün müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq.
Şöbə müdiri deyir ki, bəzi ekspertlər qəbul ballarının yüksək olacağı ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Təxmini cavablar üzrə situasiyanı görmək isə mümkün deyil.
Əsas məsələ statistikaya uyğun, dəqiq ixtisas seçiminin edilməsidir. Ali məktəblərə ixtisas seçimi isə avqustda aparılacaq.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər