Xəbər lenti

Ukrayna böyük bir uşaq qrupunu işğal olunmuş ərazilərdən qaytardı
Dünya 12:29 06.09.2025

Ukrayna böyük bir uşaq qrupunu işğal olunmuş ərazilərdən qaytardı

Ukraynaya müvəqqəti işğal olunmuş ərazilərdən böyük bir qrup uşaq qaytarılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident Administrasiyasının rəhbəri Andrey Yermak "Telegram" kanalında yazıb.

"İllərdir işğal altında onlar təzyiqlərə, məcburiyyətə və rus təbliğatının aşılanmasına məruz qalıblar, amma bu gün artıq təhlükəsizdədirlər və Ukraynada lazımi yardımı alırlar", deyə o qeyd edib.

Yermakın sözlərinə görə, xilas edilənlər arasında anası öldükdən sonra işğalçı hakimiyyətin internata aparmaq istədiyi bacılar, Rusiya himnini oxumağa və rus hərbçiləri ilə təbliğat tədbirlərində iştirak etməyə məcbur edilən uşaqlar, həmçinin səhhətində problemlər olmasına baxmayaraq, hərbi qeydiyyata salınan yeniyetmə də var.

"Bu gün onların hamısı dəstək alır: sənədləri bərpa olunur, psixoloji reabilitasiyadan keçir və azad yeni həyata başlamaq üçün dəstək göstərilir", deyə Prezident Administrasiyasının rəhbəri bildirib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->