Xəbər lenti

Trampın əsas tənqidçisinə qarşı gizli məlumatları yaymaq ittihamı irəli sürüldü
Dünya 17:37 17.10.2025

Trampın əsas tənqidçisinə qarşı gizli məlumatları yaymaq ittihamı irəli sürüldü

ABŞ prezidenti Donald Trampın dövründə milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton gizli məlumatlarla düzgün rəftar etmədiyinə görə 18 bənd üzrə federal ittihamla üzləşib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News” ittiham aktına istinadən yazır

Sənədlərə görə, Bolton 1100-dən çox səhifə gizli materialı qanunsuz şəkildə ötürməkdə və onların bir qismini "Tam məxfi” qrifi altında saxlayaraq Merilenddəki şəxsi evində qanunsuz saxlamaqda şübhəli bilinir. Boltonun malikanəsində FBI 2025-ci il avqustun 22-də axtarış aparıb.

Yayıla biləcək məlumatlar arasında terror hücumları barədə kəşfiyyat məlumatları, agentlər haqda bilgilər, raket buraxılış planları və ABŞ ilə müttəfiqlərin gizli əməliyyatlarının detalları var.

"Bolton yüksək məxfilik dərəcəli məlumatları şəxsi hesablar vasitəsilə ötürüb və sənədləri evində saxlayıb. Bu, federal qanunun açıq şəkildə pozulmasıdır”, – deyə FTB direktoru Kaş Patel bildirib.

Mənbələrin sözlərinə görə, istintaq bir neçə il əvvəl başlamış, lakin Bayden administrasiyası dövründə siyasi səbəblərlə dayandırılmışdı.

Bolton istefadan sonra Trampın ən sərt tənqidçilərindən birinə çevrilmişdi. O, keçmiş prezidenti gizli məlumatlara qarşı məsuliyyətsiz münasibətdə ittiham etmişdi. İndi isə, ironik şəkildə, eyni ittihamlarla özü istintaq altındadır.

Qeyd edək ki, Bolton daha əvvəl "Bunların baş verdiyi otaq” adlı xatirələr kitabında Trampın Çin lideri Si Szinpindən seçkilərdə ona kömək etməsini istədiyini yazmışdı.

Xatırladaq ki, avqust ayında FTB agentləri Bolton işdə olduğu vaxt onun evində axtarış aparıb və arvadına məxsus telefonu müsadirə ediblər.

"Wall Street Journal” bu axtarışı kəskin tənqid edərək onu "prezidentin intiqam kampaniyasının bir hissəsi” adlandırıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->