Xəbər lenti

Toy karvanında avtoxuliqanlıq etdilər, sosial şəbəkədə paylaşdılar (VİDEO)
Video 09:40 23.04.2026

Toy karvanında avtoxuliqanlıq etdilər, sosial şəbəkədə paylaşdılar (VİDEO)

Ağsu Rayon Polis Şöbəsinin DYP Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücülər - Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıb.

Qaynarinfo xəbər verir ki, onlar "Mercedes” və "Tofaş” markalı avtomobillərlə toy karvanında yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıblar. Həmin şəxslər bu əməllərini qeydə alaraq, sosial şəbəkə hesablarında paylaşıblar.

Sürücülər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov və Y.Yusifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla onların hər biri 15 sutka inzibati qaydada həbs edilib.
--> -->