Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Baş nazirin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarovun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Qaynarinfo kaztag.kz-ya
istinadən xəbər verir ki, bu barədə "Akorda"nın mətbuat xidməti məlumat yayıb.
"Dövlət başçısının sərəncamı ilə Nurlan Serikoviç Baybazarov Qazaxıstan Respublikası Baş nazirinin müavini - milli iqtisadiyyat naziri vəzifəsindən azad edilib", deyə məlumatda qeyd edilir.
Nurlan Baybazarov 2024-cü ilin fevral ayından naş nazirin müavini - milli iqtisadiyyat naziri vəzifəsini icra edirdi
Aydın
Şərhlər