Cənubi Afrika ölkəsi Zambiyada prezident Hakainde Hiçilemaya qarşı "cadu" etməyə cəhd göstərməkdə ittiham olunan 2 nəfər saxlanılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Zambiya polisinin açıqlamasına görə, prezidentə zərər vermək məqsədilə "cadu" etmək niyyətində olduqları müəyyən edilən iki nəfər paytaxt Lusakada tutulub.
Açıqlamada vurğulanıb ki, həmin şəxslərin ötən ay soyğunçuluqda ittiham edilərək saxlanılan müxalifətçi millət vəkili Emmanuel Banda tərəfindən təlimatlandırıldığı müəyyən edilib.
Saxlanılan şəxslərin "Zambiya Cadugərlik Qanunu"nu pozmaq və vəhşi heyvanlara zərər vermək ittihamları ilə məhkəmə qarşısına çıxarılacağı bildirilib.
Aydın
Şərhlər