Xəbər lenti

Ölkə 12:11 17.02.2026

"Tarqovı"da yaşayış binası yanır - Sakinlər təxliyə olunur

Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Qaynarinfo-yaFövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 
***
Bakıda baş verən yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

--> -->