"Mücrü" nəşriyyatında araşdırmaçı yazar Tahir Həsənlinin "Haqdan yanan çıraq” kitabı çap olunub.
Qaynarinfo xəbər verir ki, kitabda VIII əsrin sonu, XIX əsrin ortalarınadək Quba və Dərbənd xanlıqlarında baş verən ictimai-siyasi hadisələr fonunda tarixi şəxsiyyətlərlə yanaşı, görkəmli el sənətkarı, Şirvan aşıq məktəbinin yaradıcısı Xaltanlı Tağının (1798-1873) həyat yolu işıqlandırılıb.
Əsərdə Xaltanlı Tağı ilə təmasda olan bir sıra tarixi şəxsiyyətlər - A. Bakıxanov, Şeyx Şamil, Dağıstan xalqlarının l imamı Qazi Məhəmməd, onların müəllimi Məhəmməd Yaraqlı, Mövlanə Şeyx İsmayıl Siracəddin Şirvani, qaçaq Molla Nur və başqaları əks olunub.
Kitab maddi çətinlik üzündən az tirajla nəşr edilib.
Şərhlər