Xəbər lenti

Hikmət Hacıyev Böyük Britaniyanın dövlət naziri ilə görüşdü (FOTO)
Siyasət 17:36 05.11.2025

Hikmət Hacıyev Böyük Britaniyanın dövlət naziri ilə görüşdü (FOTO)

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 5-də Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.

"Bu gün Böyük Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə Dövlət Naziri Stiven Daudti ilə strateji tərəfdaşlıq ruhunda məhsuldar görüş keçirdim. Görüş zamanı əlaqələrimizi genişləndirmək və dərinləşdirmək məqsədilə nəqliyyat əlaqələri, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma, təhsil, həmçinin müdafiə və hərbi əməkdaşlıq kimi yeni istiqamətlər üzrə müzakirələr apardıq. Həmçinin bu axşamkı oyunda "Qarabağ" və "Çelsi" komandalarına uğurlar arzuladım!", - paylaşımda qeyd olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->