Xəbər lenti

Tacikistan bir daha öz vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə etdi
Dünya 12:55 11.09.2024

Tacikistan bir daha öz vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə etdi

Tacikistan Respublikası vətəndaşlarına zəruri ehtiyac olmadan Rusiya Federasiyasına səfər etməkdən müvəqqəti çəkinmələrini tövsiyə edilir.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Tacikistan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi bəyanat yayıb.

Bəyanatda buna əsas kimi Rusiya Federasiyasında quru və hava keçid məntəqələrində xarici vətəndaşların dövlət sərhədindən keçməsinə nəzarətin gücləndirilmiş rejim göstərilib.  

Bundan əvvəl media diqqəti "Crocus Siti Hall”da törədilən terror aktından sonra Tacikistandan olan miqrantların Rusiyada millətçilik və ksenofobiya dalğası ilə üzləşməsinə yönəlib. Aktiv "təmizləmə” əməliyyatları nəticəsində bir çox miqrantlar küçələrə çıxmaqdan qorxurlar, bu ölkənin vətəndaşı olan taksi sürücüləri aqressiya dalğası ilə üzləşirlər, müddəti bitmiş sənədlərlə tutulanlar öz vəsaitləri hesabına kütləvi şəkildə deportasiya olunurlar.

Bu ilin aprelində Tacikistan Xarici İşlər Nazirliyi artıq vətəndaşlara Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib. Həmçinin bildirilib ki, nazirliyin nümayəndələri Rusiyanın Tacikistandakı səfiri Semyon Qriqoryevlə görüşüb və onunla taciklərin Rusiyaya girişindən imtina hallarının "kütləvi” hal aldığı vəziyyəti müzakirə ediblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->