Xəbər lenti

Süni intellekt xəstəxanalarda həkimləri əvəz etməyə başladı
Sağlamlıq 15:26 09.07.2023

Süni intellekt xəstəxanalarda həkimləri əvəz etməyə başladı

"Google"dan "Med-PaLM 2" süni intellekt elementləri olan tibbi çatbotunun Mayo Klinikasında və ABŞ-ın digər tibb müəssisələrində aktiv şəkildə sınaqdan keçirilməyə başlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

WSJ-nin məlumatına görə, sınaq bu ilin aprelində başlayıb. "Google"un AI çatbotu tibblə bağlı istənilən suala cavab almaq üçün nəzərdə tutulub. Tərtibatçılar layihənin tibbi xidmətlərə çıxışı məhdud olan ölkələrdə xüsusilə faydalı olacağına inanırlar.

Rəqabət edən tərtibatçıların digər dil modellərində bu problemlərdən qaçmağı artıq öyrənmələrinə baxmayaraq, jurnalistlərlə paylaşılan araşdırmaya görə "Med-PaLM 2" hələ də söz dəqiqliyi ilə bağlı problemlər yaşayır.

"Google"un tədqiqat şöbəsinin baş direktoru Qreq Korradonun sözlərinə görə, "Med-PaLM 2" hələ inkişafın ilk mərhələsindədir. Tərtibatçı əmin edib ki, diaqnozların daha dəqiqliyi və təkmilləşdirilmiş xəstə təhlükəsizliyi üçün ən son süni intellektin sınaqlarını davam etdirmək vacibdir.

"Med-PaLM 2" may ayında "Google I/O" konfransında elan edilmiş "PaLM 2"nin modifikasiyasıdır. "PaLM 2" "OpenAI"dən "ChatGPT" analoqu olan "Google Bard" çatbotunun əsasını təşkil edən dil modelidir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->