Texnologiya nəhəngi "Bosch" 2025-ci ilin mart ayından Almaniyadakı zavodlarında, o cümlədən Gerlingen qərargahı və Ştutqart bölməsində çalışan 450 işçinin iş saatlarını azaldacağını elan edib.
Qaynarinfo xəbər verir ki, artıq bu işçilər əvvəlki 38-40 saat əvəzinə, həftədə 35 saat çalışacaqlar. Bunun nəticəsində onların əməkhaqqı da azalacaq.
Eyni zamanda, şirkətin törəmə müəssisəsi olan "Bosch Engineering" oktyabr ayından 2300 işçinin iş saatlarını həftədə 40-dan 37-yə endirib. 2025-ci ilin əvvəlindən isə bu rəqəm daha da azaldılaraq 36 saat olacaq.
İş vaxtının qısaldılması "Bosch"un xərcləri azaltmağa yönəlmiş strategiyasının bir hissəsidir. Şirkət əlavə olaraq dünya üzrə 7 mindən çox iş yerini ixtisar etməyi planlaşdırır. Bu ixtisarların əsas hissəsi avtomobil sektoruna, həmçinin elektrik alətləri və məişət texnikası istehsalına təsir edəcək.
"Bosch"un baş direktoru Ştefan Hartunq 40 saatlıq müqavilələr əsasında işləyən işçilərin iş vaxtının azaldılmasını ixtisarlara alternativ olaraq ədalətli bir həll kimi dəyərləndirib.
"Bu, iş yerlərini qorumaq üçün bir addımdır", deyə deyə Hartunq "Stuttgarter Zeitung"a verdiyi müsahibəsində bildirib.
Aydın
Şərhlər