Xəbər lenti

Dünya 17:57 21.11.2024

"Zelenski və ukraynalılar artıq anlayır ki..." - Zərdüşt Əlizadə

"Zelenski də artıq gerçəkliyi dərk edir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ukrayna prezidenti Volodimir Zelenskinin Kiyevin Krımı qaytarmağa və 1991-ci il sərhədlərinə qayıtmağa gücünün çatmadığı barədə etirafını şərh edərkən deyib.

Zərdüşt Əlizadə bildirib ki, Qərb postsovet ölkələrinə ümid verir, amma onlara təhlükəsizlik, iqtisadi, hərbi təminat isə vermir:

"Ukrayna xalqı sadəlövcəsinə düşünürdü ki, demokratik ölkə olduqlarından Qərb də onları ülvi bir məhəbbətlə sevəcək. Onlara siyasi, maddi, hərbi yardım fonunda hər cür yardımlar edəcəklər. 2 il 8 ayda aydın ki, Ukraynada müharibə gedir. İndi də bəlli olur ki, Qərb xoş sözə görə heç zaman öz maraqlarından keçməyəcək. Ona görə də onlar heç zaman gəlib, öz təhlükəsizliklərinə təhlükə törədə-törədə, Ukraynaya kömək etməyəcək. 
 


Ukrayna xalqı beləcə Krımı qaytaracağına ümid edirdi. Amma indi görürlər ki, 20 faiz işğal olunmuş torpaqları qorumaq üçün belə Qərb Kiyevə kifayət qədər dəstək vermir. Bu səbəbdən Zelenski də artıq bir qədər gerçəkliyə yaxınlaşıb. 2 il 8 aydan  sonra nəhayət tədricən ukraynalılara da həqiqətlər çatır ki, Qərb onları müdafiə etməyəcək. Qərb postsovet ölkələrinə ümid verir, amma onlara təhlükəsizlik, iqtisadi, hərbi təminat isə vermir".

Qeyd edək ki, Ukrayna prezidenti Volodimr Zelenski "Fox News"a müsahibəsində Ukraynanın Krımı qaytarmağa və 1991-ci il sərhədlərinə qayıtmağa gücünün çatmadığını bildirib: "Biz on minlərlə insanımızı Krımın geri qayıtması üçün qurban verə bilmərik".

O düşünür ki, yarımada diplomatik yolla geri qaytarıla bilər.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->