Hindistanlı milyarder Qautam Adani və onun 7 şəriki ABŞ-da dələduzluq və rüşvətxorluqda ittiham olunub.
HİT.az xəbər verir ki, bu barədə Nyu-Yorkun Şərq dairəsi üzrə prokurorluğun ofisindən bildirilib.
İstintaq hesab edir ki, müttəhimlər millyardlarla dollarlıq müqavilələr əldə etmək üçün Hindistan rəsmilərinə rüşvət vermək məqsədilə mürəkkəb sxem təşkil ediblər. Bundan əlavə, onlar ABŞ və beynəlxalq investorlardan kapital cəlb etmək cəhdi ilə öz korrupsiya sxemləri haqqında yalan danışıblar.
Xüsusilə, ittiham tərəfi iddia edir ki, investorların 250 milyon dollar məbləğində vəsaiti günəş enerjisi sahəsində böyük müqavilələr əldə etmək üçün Hindistan hökumətinə rüşvət verilməsinə xərclənib.
Bu günə qədər Qautam Adaninin xalis sərvəti 85,5 milyard dollardır və onu dünyanın ən varlı adamları siyahısında 18-ci yerə qoyur.
Onun Amerika ədaləti ilə bağlı iddiaları 2023-cü ildə Nyu-Yorkun ən bahalı hüquq firmalarından biri olan "Wachtell", "Lipton", "Rosen & Katz" (WLRK) tərəfindən mühasibat uçotu ilə bağlı saxtakarlıq ittihamlarına qarşı müdafiə etmək üçün vəkilləri işə götürdüyü zaman bildirilib.
NBC isə öz növbəsində onu Hindistanın ikinci ən zəngin adamı adlandırır və Hindistanın baş naziri Narendra Modinin birbaşa dəstəyinə malik olduğunu iddia edir.
"Adani Group" Hindistanda ölkənin siyasi və iqtisadi həyatına təsir göstərən ən böyük biznes qruplarından biridir. Konqlomerat Cənubi Asiya respublikasının enerji, kənd təsərrüfatı və müdafiə sənayesində aparıcı mövqe tutur, Hindistanın bütün dəniz limanlarının tutumunun 25%-ni təşkil edən 14 ən böyük özəl dəniz limanına və 7 Hindistan hava limanına sahibdir.
Samir
Şərhlər