Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin 21 illik direktoru Mətanət Səfər qızı Piriquliyeva vəzifəsindən azad olunub.
Qaynarinfo xəbər verir ki, məlumatı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Xeberle.com-a təsdiqləyiblər.
Qeyd edək ki, Mətanət Piriquliyeva 2004-cü ildə Təhsil Nazirinin sərəncamı ilə Sumqayıt Dövlət Texniki Kollecinin direktoru təyin edilib.
Şərhlər