Xəbər lenti

İki il əvvəl itkin düşən şəxs qətlə yetirilibmiş - Şübhəli saxlanıldı
Ölkə 23:12 24.12.2025

İki il əvvəl itkin düşən şəxs qətlə yetirilibmiş - Şübhəli saxlanıldı

Xaçmaz rayonunda 2023-cü ildə itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən olunub.

Qaynarinfo xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovu ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Surəddin Həsənəliyev saxlanılıb.

Ə.Əkbərov qətlə yetirildikdən sonra basdırıldığı yerdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Şübhəli şəxsdən cinayət aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
--> -->