Xəbər lenti

Ekonomiks 16:46 25.04.2026

"Smart Diaqnostika Laboratoriyası" böhranda: Borcu 600 mini keçdi

İllərdir bölgə xəstəxanalarının laboratoriya şöbəsinin təşkil olunması ilə bağlı tenderlərin qalibi olan şirkətin vergi borcu iki ayda yarım milyon manatdan çox artıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Smart Diaqnostika Laboratoriyası" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 614.303,05 AZN-ə yüksəlib. 
 


Qeyd edək ki, 2023-cü ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 100 manat olan MMC-nin bu ilin yanvar ayında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 43.643,73 manat vergi borcu olub. Son iki ayda borcu kəskin artan şirkətin qanuni təmsilçisi Rzayeva Dilarə Mikayıl qızıdır. 

Ehtimal edilir ki, sözügedən şirkət ləğv edilən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) əvvəlki rəhbərliyinə bağlı olub. Məhz sözügedən qurumlarda aparılan yoxlama zamanı aşkarlanan ciddi nöqsanlardan sonra "Smart Diaqnostika Laboratoriyası" MMC-yə də ödənişlərin edilməsi dayandırılıb. 

"Smart Diaqnostika Laboratoriyası"nın qurucusu Savaş Doru adlı şəxsdir.

Aydın


Savaş Doru 
--> -->