Nərimanov rayonunda yerləşən "Star Baku" restoranında qadın onunla mübahisə edən içkili şəxslərin üzərinə bakal atıb.
Qaynarinfo-nun məlumatına görə, mübahisəyə səbəb olan iki nəfər saxlanılıb.
Saxlanılanlardan biri 1992-ci ildə Zərdab rayonu, Sarıqaya kəndində anadan olmuş Azər (ad şərti) bildirib ki, həmkəndlisi Mənafla birlikdə sözügedən restoranda gediblər. Dostunun "Star Baku" restoranında digər stolda əyləşən qadınla münaqişəsi baş verib. Münaqişə zamanı qadın Mənafın üzərinə bakal atıb. Lakin Mənaf əli ilə bakalın ona dəyməsinin qarşısını alıb.
Qadının şikayəti əsasında hadisə yerinə polis əməkdaşları gəlib. Polislər Azər və Mənafı saxlayıblar. Azər sərxoş olduğundan söyüş söyüb və onlarla getməyəcəyini bildirib. O, himayəsində bir azyaşlı övladının olduğunu bildirib. Əməlindən peşman olduğunu deyib və məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Azər İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib. O, məhkəmə iclas zalından azad edilib.
Əhməd
Şərhlər