"Qarabağ"ın hücumçusu Juninyonun "Sevilya"ya mümkün transferi ilə əlaqədar proses davam edir.
Offsideplus.az xəbər verir ki, Əndəlüs təmsilçisinin rəhbərliyi braziliyalı ulduz üçün Ağdam klubuna bonuslar daxil olmaqla, 5 milyon avroluq təklif göndərib. Bu barədə "Orgullobiri" saytı məlumat yayıb. Bu təklif ispanların üçüncü təklifidir.
Juninyonun "Sevilya" ilə şəxsi razılıq əldə etdiyi bildirilir, geriyə qalan klubların anlaşmasıdır.
Şərhlər