Xəbər lenti

Saleh Məmmədovun təyin etdiyi rəisə cinayət işi açıla bilər - 4 milyonluq borc
Ekonomiks 18:34 05.07.2024

Saleh Məmmədovun təyin etdiyi rəisə cinayət işi açıla bilər - 4 milyonluq borc

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 13 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəisi Pərviz Bəhramova cinayət işi açıla bilər. 

Qaynarinfo-nun məlumatına görə, Bəhramov Pərviz Fərman oğlunun rəhbəri olduğu idarənin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 4.802.547,16 manat vergi borcu var. 



İdarənin bu ilin may ayında 5.092.012,36 manat vergi borcu olub. Son bir ayda Pərviz Bəhramov 289.465,2 manat vergi borcu ödəyib. 



Sözügedən vergi borcunun ödənişini gecikdirdiyi üçün idarə rəisi Binəqədi rayon Məhkəməsi tərəfindən 300 manat cərimələnmişdi.

Hazırda da Dövlət Vergi Xidməti tərəfindən 13 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsi barəsində 469.3 maddəsi ilə protokol tərtib edilib. İşə yenidən Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə baxılacaq.  

Sözügedən maddəyə əsasən, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

Əgər svergi borcu ödənilməsə, növbəti dəfə idarə rəisi barəsində cinayət işi açıla bilər. 

Qeyd edək ki, Pərviz Bəhrəmov 2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun əmri ilə sözügedən idarəyə rəis təyin edilib.

Amid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->