Xəbər lenti

Saleh Məmmədovun qalmaqallı müşaviri şirkətini ləğv etdi
Ekonomiks 16:29 10.01.2024

Saleh Məmmədovun qalmaqallı müşaviri şirkətini ləğv etdi

Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun sabiq müşaviri Şahin İbadovun şirkəti ləğv olunub.

Qaynarinfo-nun məlumatına görə, Şahin İbadovun baş direktor olduğu "Bakı Tikinti Konstruksiya" Açıq Səhimdar Cəmiyyəti ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini AZ1000 Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül s/zona, ev 507, mənzil 2096 ünvanına bildirə bilərlər.

Məlumat üçün bildirək ki, Bakı Tikinti Konstruksiyaları ASC 06.09.2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 205 092 manat, qanuni təmsilçisi Aslanlı Tural Əli oğludur.

Qeyd edək ki, sözügedən şirkətdə qanunsuzluqlarla bağlı Qaynarinfo-da dəfələrlə məlumatlar dərc edilib. Şahin İbadovun şirkətinin 98.66 faizi səhimləri oğlu Namiq İbadzadəyə məxsusdur.

Əhməd
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->